İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT

29 aprel 2023-cü il tarixdə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı mətbuat konfransı keçirərərək beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.

Musavat.com xəbər verir ki, mətbuat konfransını açıq elan edən Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev 28 aprel 2023-cü il tarixdə Tərtər rayonunda mina partlayışı nəticəsində həlak olan 3 nəfər mülki vətəndaşımıza Allahdan rəhmət dilədi, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azay Quliyev Ermənistanın mina terorunun qurbanlarının durmadan artdığını, 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 301 nəfər mina qurbanı, onlardan 57 nəfərin həlak olduğunu bildirib:

“Tərtərdə baş verən mina partlayışının əsas səbəbi Azərbaycana yararlı və düzgün mina xəritəsi təqdim etməyən Ermənistanın beynəlxalq konvensiyalara, o cümlədən Üçtərəfli bəyanatın 6-cı bəndinə əməl etməməsi və öhdəliklərini kobud şəkildə pozmasıdır. 2022-ci ilin avqustundan etibarən Ermənistan 2021-ci ildə, yəni müharibə başa çatandan sonra istehsal etdiyi 2700-dən çox piyada əleyhinə minanı Laçın yolundan sui-istifadə etməklə Qarabağa gətirib və onları ərazilərimizdə basdırıb. Məqsəd post-münaqişə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz doğma torpaqlarında dinc yaşamasına maneçilik yaratmaqdır”.

Azay Quliyev onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət və aparıcı dövlətlər hələ də Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, xüsusilə, Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinə göz yummaqda israr edir. Bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələri bu cür ikili yanaşmaya etiraz səsini ucaltmalı və beynəlxalq ictimaiyyətə müvafiq müraciət ünvanlamalıdır.

QHT sədrlərindən çıxış edən Azər Allahverənov, Nurəddin Mehdiyev, Günel Səfərova, Hafiz Səfixanov, Novella Cəfərova, Səltənət Qocamanlı, Vüsalə Hüseynli, Hafiz Həsənov, Rey Kərimoğlu, İlqar Hüseynli, Telman Qasımov, Elşad Məmmədli, Şəmsəddin Əliyev, Cəsarət Hüseynzadə, Əkrəm Bəydəmirli, Səadət Bənanyarlı, Rafiq İsmayılov və Ramil İskəndərli beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə laqeyd qalmasını pislədilər və bu cür ikili yanaşmadan ciddi narahat olduqlarını bildiriblər. Çıxışçılar onu da vurğulayıblar ki, biz təkcə beynəlxalq qurumlara müraciət etməklə kifayətlənməməli, eyni zamanda Ermənistanın cəzalandırılması üçün real hüquqi mexanizmlərdən istifadə etməli, Ermənistanın mina terrorunu dayandırmaq üçün yerli və beynəlxalq səviyyədə ən müxtəlif məlumatlandırma kampaniyaları və tədbirlər təşkil etməliyik.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd olunan təkliflər əsasında beynəlxalq ictimaiyyətə üvnanlanan bəyanatı səsləndirdi və bəyanat QHT-lər tərəfindən imzalanıb.

Tədbirin sonunda QHT nümayəndələri bundan sonrakı fəaliyyətin daha sistemli, ardıcıl və effektiv şəkildə qurulması məqsədilə aşağıdakı tərkibdə 15 nəfərdən ibarət İşçi Qrupunun yaradılması haqqında qərar qəbul ediblər.

İşçi Qrupunun Əlaqələndiricisi:​​

1. Azər Allahverənov-​ “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi

Üzvlər:

2. Hafiz Həsənov -Hüquq və inkişaf ictimai birliyi
3. Ramil İskəndərli- Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
4. Vüsalə Hüseynli- Demokratik İslahatçı Gənclər İctimai Birliyi
5. Əhməd Abbasbəyli- "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
6. Novella Cəfərova- D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti
7. İlqar Hüseynli- Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi
8. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi
9. Umud Rəhimoğlu- Beynəlxalq Avrasiya Mətbuat Fondu ​
10. Səidə Qocamanlı- İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi ​
11. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
12. Səadət Bənəyarlı- "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
13. Telman Qasımov - “Elmi Araşdırmalar” ictimai birliyi
14. Rey Qasımov- Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası
15. Cəsarət Hüseynzadə- "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR