İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş nazir müavini: "Ölkəmiz üçün utancvericidir..."

Ermənistanın buğdada özünütəminetmə səviyyəsi cəmi 20-22% təşkil edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirlər Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan tərəfindən səslənib.

Onun qiymətləndirməsinə əsasən, bu, müharibə şəraitində olan bir ölkə üçün utancvericidir. Arutyunyan bildirib ki, Rusiyadan Ermənistana hər il güzəştli qiymətlərlə qaz və 450 min ton buğda verilir.

Arutunyanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri bütün Aİ ölkələri iqtisadi böhranla üzləşib və bu arada Rusiyanın ÜDM-i 3% artıb.

Bunu nəzərə alan sabiq nazir müavini Aİ ilə münasibətləri inkişaf etdirməyə, lakin Avrasiya İqtisadi İttifaqı ölkələri ilə əsas əlaqələrə xələl gətirməməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR