İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş müdafiə naziri vəkillərdən imtina etdi

İki ilə yaxındır həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan vəkillərdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni xəbər agentlikləri məlumat yayıb.

“Vəkil Lusine Saakyan sonuncunun müdafiəsini öz üzərinə götürüb. Məhkəmələr “raket işi” ilə bağlı, Tonoyanın azadlığa buraxılması ilə bağlı bütün vəsatətləri rədd edir. O, 30 sentyabr 2021-ci ildən həbsdədir. İş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan və Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan da həbs edilib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyana qarşı da ittiham irəli sürülüb”, - deyə yerli media qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR