İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş baş naziri: Qərbin verdiyi Rusiyadan gələn pulun 1 faizi qədərdir

Qərbin bizə verdiyi Rusiyanın təqdim etdiyi imkanların 1 faizini təşkil edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz Facebook səhifəsində yazıb.

“Dünən Paşinyanın Brüsseldə uğur qazandığını böyük “sevinclə” öyrəndim. Təkcə 2024-cü ildə biz AB-dən 67,5 milyon avro (270-i 4-ə bölüb), ABŞ-dan daha 65 milyon dollar və Qarabağ erməniləri üçün 7 milyon dollar alacağıq. Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir. Heç olmasa bunu veriblər sağ olsunlar. Bəs ruslardan nə istəyirsiniz? 2024-cü ildə Rusiyadan vəsait axını 14 milyard dollar təşkil edəcək (5 milyard dollar transfer, 8 milyard dollar ixrac və 1 milyard dollar yanacaq subsidiyaları). Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR