Onlayn ictimai-siyasi qəzet
1988-2024-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ümumilikdə 18.850 şəxs qəsdən öldürülüb.
Musavat.com xəbər verir ki, onlardan 3.493 nəfəri mülki şəxs, 15.357 nəfəri isə hərbi qulluqçudur.
Bundan əlavə, 56.268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə onların qəsdən öldürülməsinə cəhd edilib. Onların 4.435-i mülki şəxs, 51.803-ü isə hərbi qulluqçudur.
Bu rəqəmlər Ermənistanın uzun illər ərzində törətdiyi təcavüzün miqyasını bir daha ortaya qoyur.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ