İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın hakim partiyası: “Ekoloqların yataqlara getməsi barədə razılaşma olub”

Azərbaycan ekoloqlarının “Gülyataq”a çata bilməsi mövcud razılaşmaların nəticəsidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyada keçirilən mtbuat konfransında parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.

Bununla yanaşı, deputat hansı müqavilələrdən söhbət getdiyini açıqlamayıb.

“Bu razılaşmaların kimlər arasında əldə olunduğunu deyə bilmərəm. Ekoloqlar (Andranik Köçəryana onları qondarma ekoloqlar adlandırır-red.) sadəcə olaraq bayraqları götürüb Qarabağın istənilən nöqtəsinə çata bilməzdilər. Yəni, onların getməsi hansısa razılaşmanın nəticəsidir”,-deyə Köçəryan iddia edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR