İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Baş Qərargah rəisi suallardan qaçdı

Hərbi və siyasi məsələləri qarışdırmayın.

Musavat.com bildirir ki, bunu yanvarın 28-də Yerablur hərbi panteonunda Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan Silahlı Qüvvələrin inkişafının Ararat və Araqats diskursundan asılı olması ilə razısınızmı sualına cavab verərkən deyib.

“Biz silah almırıq, Araratdan dolayı ala bilmirik” fikirlərinin qarşılığında Asryan belə cavab verib:

“Mənə belə sual verməyin”.

“Silahlı qüvvələr yerində dayanmır, onlara tapşırılan tapşırıqları hazırda sərhəddə olan çağırışçı əsgərlərimiz yerinə yetirir, müqaviləli əsgərlər öz tapşırığını ayıq-sayıq yerinə yetirirlər”, - deyə Baş Qərargah rəisi bildirib.

Demarkasiya və delimitasiya işləri nəticəsində Cermuxa (Qərbi Azərbaycanda İstisu) bitişik əraziləri Azərbaycan hərbçilərinin “tərk edib-etməyəcəyi” sualına Asryan belə cavab verib:

“Bu suala cavab verə bilmərəm, demarkasiya və delimitasiya komissiyası məhz buna görə mövcuddur. Demarkasiya və delimitasiya ilə bağlı işlərin nəticələrinə nəzarət edəcəyik, hər şeyi göstərəcəklər”.

Qeyd edək ki, Ermənistanda hələ də Azərbaycanın guya bu ölkəyə məxsus ərazilərə daxil olduğu barədə sərsəm iddialar gündəmdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR