Onlayn ictimai-siyasi qəzet
Hazırda cəmiyyətin əksəriyyətinin Ermənistanı hansı fəlakətin gözlədiyi barədə təsəvvürü yoxdur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş fövqəladə və səlahiyyətli səfiri Vaaqn Melikyan deyib.
Melikyan Vaşinqtonun Ermənistandan ağrılı güzəştlər gözlədiyi barədə çıxan xəbərlərə münasibət bildirib.
“Kirants və Voskeparda baş verənlər heyrətamizdir. Bütün proseslər bir istiqamətdə gedəcək. “Zəngəzur dəhlizi” ilə Ermənistan parçalanacaq, bütün strateji nöqtələr ələ keçəcək, ölkə səriştəsiz dövlətə çevriləcək, bir sözlə, tranzit axınlarına xidmət mərkəzinə çevriləcək”, - deyə o qeyd edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ