İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Türkiyəyə sərhəd MESAJI

“Biz Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırıq, bu baxımdan top Türkiyə tərəfindədir”.

Musavat.com bildirir ki, bunu Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan bu gün jurnalistlərlə söhbətində Ermənistan-Türkiyə quru sərhədinin açılması prosesi hansı mərhələdədir və niyə yubanır sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, ötən ilin iyununda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında razılıq əldə olunub.

“Razılıq bir neçə dəfə, o cümlədən ən yüksək səviyyədə, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən sonra Ankaraya səfəri zamanı təsdiqlənib. Biz həm üçüncü ölkə vətəndaşları, həm də geniş əhali üçün sərhədi açmağa hazırıq. Bu baxımdan top Türkiyə tərəfindədir”, - deyə Vahan Kostanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR