Onlayn ictimai-siyasi qəzet
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdakı təlimlərinə xilasedicilər göndərməyəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili işlər nazirliyi məlumat yayıb.
Erməni nazirlik təlimlərdə iştirakdan imtinaya səbəb olaraq “xilasetmə xidmətinin iş yükünün ağır olduğu” göstərilib.
Belarusun fövqəladə hallar naziri Vadim Sinyavskinin sözlərinə görə, KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin “Skala-2023” təliminin əsas məqsədi nüvə obyektlərində qəzanın aradan qaldırılmasıdır.
Belarusdakı təlimlərin aktiv mərhələsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Minsk vilayətindəki filialının bazasında keçiriləcək. Burada fövqəladə hallara reaksiya və idarəetmə qərarlarının qəbulu tətbiq olunacaq.
Xatırladaq ki, bu ilin Yanvar ayında Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən imtina etmişdi.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ