İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan danışıqlar və “Nemezis”lə bağlı açıqlama

Brüsseldə planlaşdırılan danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcək. Xarici işlər nazirləri səviyyəsində danışıqlar isə mayın 19-na planlaşdırılıb.

Musavat.com-un məlumatına görə, bunu erməni mediasına müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib. O, əlavə edib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır. Səfəryan danışıqların hansı mərhələdə olduğunu soruşduqda belə cavab verib:

“Danışıqların Vaşinqton raundundan sonra verilən bəyanatlardan xəbəriniz var. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı mesajlardan başqa yeni heç nə deyə bilmərəm”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İrəvandakı Nemesiz abidəsinin sökülməsi ilə bağlı açıqlamasına gəlincə, qurum rəsmisi bildirib ki, nazirlik bu məsələ ilə bağlı öz yanaşmalarını təqdim edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR