Onlayn ictimai-siyasi qəzet
Ermənistandan Avstraliyaya 230 qrama yaxın tiryək göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb.
Report “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Komitənin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin əməliyyatçıları ilə birgə Qafan şəhərindəki poçt şöbəsində bağlamaya baxış zamanı tiryəkə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar ediblər.
Faktla bağlı cinayət işi açılıb, narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinən iranlı saxlanılıb.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ