İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı əcnəbi diplomatlar “TIR şousu”na baxdı - FOTOLAR

Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Laçın yolu istiqamətində düzülmüş TIR-lara tamaşa etmək üçün bölgəyə gəliblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Kornidzor”a gələn diplomatları Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, həmçinin Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan müşayiət edir.

Erməni rəsmilər əcnəbilərə uzaqdan şərti sərhədi göstəriblər, Azərbaycan ərazisinə qanunsuz daxil olmaq istəyən yük maşınlarını nişan veriblər.

İddia olunur ki, iyulun 26-sı axşam saatlarından etibarən 400 ton (Paşinyan 360 ton demişdi - red.) humanitar yükün olduğu 19 yük maşını “Kornidzor”da dayanıb. Onlar Qarabağa daxil olmaq üçün Rusiya sülhməramlılarından və Azərbaycan tərəfindən cavab gözləyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR