İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yeni təyinatlar

Artur Poqosyan 6 il müddətinə Ermənistan İstintaq Komitəsinin sədri təyin edilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, müvafiq qərar noyabrın 28-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Digər qərarla Eduard Akopyan Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin edilib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib kimi, həm Poqosyan, həm də Akopyan dövlət idarəetmə sistemində yeni insanlar deyil.

Bildirilir ki, bir neçə gün əvvəl Paşinyanın “tələb”i ilə Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan və Respublikanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və digər yüksək vəzifəli məmurlar istefa veriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR