İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda vitse-meri güllələdilər

Ermənistanda yenə silahlar işə salınıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, İrəvanın Əştərək dərəsində bir qrup şəxs arasında dava düşüb və atəş açılıb.

Bildirilir ki, Araqatsotn rayonundan olan 65 yaşlı Qalust G., onun 37 yaşlı oğlu Hayk G. və Aştərək icmasının başçısı Tovmas Ş. görüşərək torpaq məsələsinə görə dava ediblər.

Bundan sonra bəzi şəxslər Qalust G.-yə yaxınlaşıb və onu yerə yıxaraq daş, yumruq və təpiklərlə döyməyə başlayıblar.

Bu zaman Ayk G. əlində olan avtomatdan onların istiqamətinə bir neçə dəfə atəş açıb. Atışma nəticəsində Aştərək bələdiyyə sədrinin müavini, 52 yaşlı Vardan S. və 26 yaşlı Qor P. güllə yaraları alıb və xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vitse-mer olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR