Onlayn ictimai-siyasi qəzet
"Mən bundan sonra sizə iqtisadiyyat naziri kimi xidmət etməyəcəyəm".
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə fevralın 14-də Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan öz Facebook səhifəsində yazıb. Kerobyan daha sonra bildirib: “Bu üç il ərzində mən Ermənistanın hər bir sakininə məhəbbətlə dolu sədaqətlə işlədim. Mən həftədə minimum altı gün, orta hesabla səhər saat 8-dən axşam 9-a qədər işlədim və üç il ərzində cəmi 15-16 tətil günü istifadə etdim. İşimin hər gününü güclü Ermənistana sahib olmaq arzusu ilə yaşayırdım. Mən qətiyyətli, dürüst və Vətənə bağlı idim. 2020-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın ÜDM-i dollarla təxminən 100%, dramla isə təxminən 50% artıb”.
Eks-nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin büdcə proqramları 2019-cu ildəki 12,5 milyard dramdan 2024-cü il üçün 91 milyard drama yüksəlib. Ermənistanın əmək məhsuldarlığı, investisiyaların həcmi və xarici ticarət dövriyyəsi kəskin artıb. “2020-ci il noyabrın 20-də nazir vəzifəsinə başlayanda bu vəzifədə yalnız bir neçə gün və ya ay qala biləcəyim böyük ehtimal var idi. Hakimiyyət dəyişikliyi ehtimalı çox yüksək idi. Bu müddət ərzində bir çox fikir ayrılıqlarına görə dəfələrlə işimi tərk etmək istəmişəm, lakin ölkəyə göstərdiyim xidmətin dəyərini maksimum dərəcədə artırmaq üçün özümü bir yerə yığdım. Ölkəmə xidmət etmək imkanına görə Baş nazirə təşəkkür edirəm”.
Maraqlısı budur ki, Kerobyan istefasının əsl səbəbini açıqlamayıb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ