İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda sabiq baş prokuror və ailə üzvləri istintaqa çağırıldı

Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan və ailə üzvləri onlara məxsus əmlakla bağlı aparılmış istintaqın materialları ilə tanış olmaq və mövqelərini təqdim etmək üçün Baş Prokurorluğa çağırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Etk” qəzeti məlumat yayıb.

Aqvan Ovsepyanla bərabər, həyat yoldaşı Astqik Ovsepyan, oğulları Narek, Armen və Misak Ovsepyan, gəlini Marina Nuşikyan da prokurorluğa çağırılıb. Prokurorluq Ovsepyan ailəsinə bağlı Çexiyada qeydiyyatda olan “Omira” MMC-nin fəaliyyətini araşdırır.

Qeyd edək ki, “Omira” MMC “Telia Mining” MMC-nin 99,9%-nə sahibdir. Sonuncunun 0,1 faizinin sahibi Ovsepyanlar ailəsinin üzvü Nora Barseqyandır. Onu da prokurorluğa dəvət ediblər.

İttihama görə, Ermənistan Respublikasının baş prokuroru 2014-2018-ci illərdə İstintaq Komitəsinin sədri vəzifəsini tutan zaman şəxsi biznesini çiçəkləndirib. Bu fəaliyyəti nəticəsində Aqvan Ovsepyan cinayət yolu ilə əldə etdiyi xüsusilə külli miqdarda əmlakı leqallaşdırıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, keçmiş baş prokuror 2008-ci ildə özünə bağlı şirkət vasitəsilə avtomobil şinlərinin idxalı və satışı ilə məşğul olan şirkətlərin idarə edilməsində iştirak edib.

Aqvan Ovsepyan tutduğu vəzifəyə görə əlaqələrdən və təsir imkanlarından istifadə edərək “Zəngəzur Mis-Molibden Kombinatı” QSC-nin direktorunu ələ alıb. Əldə olunan razılaşmaya görə, sözügedən şirkətin yük maşınlarına lazım olan təkərlər onun təmsil etdiyi şəxslərdən və şirkətlərdən alınıb. 2008-2015-ci illər ərzində “Zəngəzur Mis-Molibden Kombinatı” QSC 7 milyard dram (təxminən 18 milyon dollar) dəyərində şinlər tədarük edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR