İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Rusiya tərəfdarlarının sayı artır?


Ermənistanda respondentlərin 27,8%-i Ermənistanın sosial-iqtisadi problemlərinin həllini Rusiya ilə, 25,8%-i Avropa İttifaqı (Aİ) ilə, 15,5%-i ABŞ-la, 13,3%-i İranla, 3,4%-i isə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələndirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli sosioloq Aram Navasardyanın 12 mart tarixində jurnalistlərlə görüşdə məlumat yayıb.

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 11%-i bu problemlərin həllini heç bir geosiyasi istiqamətə bağlamayıb. Navasardyan əvvəlki sorğu ilə müqayisədə Rusiyaya yaxınlaşma meylinin gücləndiyini qeyd edib.

Bundan əlavə, respondentlərin 18,4%-i Ermənistanda ictimai nəqliyyatda gediş haqqının artırılmasını boykot etdiyini bildirib. Yalnız İrəvanda sorğuya qatılanlar arasında bu göstərici 27%-ə çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR