İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda növbəti səs-küylü HƏBS

Ermənistanda növbəti səs-küylü həbs olub.

Musavat.com bildirir ki, Ərəbkir inzibati ərazi dairəsi rəhbərinin müavini Qeqam Karapetyan saxlanılıb.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb. İstintaq Komitəsi bu məlumatı təkzib etmir, amma təsdiq də eləmir.

Qeyd edək ki, məhkəmə Ərəbkir inzibati ərazi dairəsinin rəhbəri Aram Azatyan barəsində həbs qətimkan tədbiri olaraq ev dustaqlığı seçib və 30 milyon dram məbləğində girov tətbiq edib.

Bildirilir ki, dünən Ərəbkir inzibati ərazi dairəsi administrasiyasında istintaq hərəkətləri həyata keçirilib, Azatyan və onun müavini həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR