Onlayn ictimai-siyasi qəzet
Ermənistanda kriminal dairələrdə “Faz” ləqəbilə tanınan Sergey Qriqoryanın qətlini sifariş edənlər həbs edilib, cinayəti törədənlər axtarışa verilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, qətli Rüstəm Stepanyan (“Gombul Rüstəm”) və adı açıqlanmayan digər şəxs təşkil edib. Onların hər ikisi həbs olunub.
Qətlin icraçılarının kimliyi də müəyyən edilib: bunlar Arutyun Saakyan və Suren Qriqoryandır. Hər ikisi Ermənistanı tərk edə bilib və beynəlxalq axtarışa verilib.
Məlumata görə, Qriqoryanla Stepanyan arasında dava qadın üstündə başlayıb və bir neçə il davam edib.
Qətl iyunun 11-nə keçən gecə İrəvanın Ajapnyak rayonunda baş verib. Polis paltarı geyinmiş qatillər Qriqoryanı özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobillə güllələyib, daha sonra formalarını çıxarıb və yol boyu silahlarını ataraq qaçıblar. Bir neçə saatdan sonra Saakyan və Qriqoryan sərhədi keçərək Rusiyaya gediblər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ