İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Korrupsiyaya qarşı mübarizə komissiyası Paşinyanın bahalı saatları ilə maraqlanır

Ermənistanın dövlət məmurları, xüsusilə də baş nazir, baş nazirin müavini və nazirləri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ərizələr göndərilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeit məlumat yayıb.

Qəzetin yazdığına görə, onların təqdim etdikləri illik bəyannamələrdə ciddi qanun pozuntuları aşkar edilib. “Komissiya məmurların bəyanatlarındakı qeyri-dəqiqliklərlə bağlı dəqiqləşdirmələr tələb edib”,-deyə məlumatda bildirilir.

Gələn informasiyalara əsasən, dəqiqləşdirmələrdən biri baş nazir Nikol Paşinyanın qol saatına aiddir. O, bahalı AWI saatı taxır, lakin bunu bəyan etməyib. Xatırladaq ki, Ermənistanda baş nazir 1 milyon 580 min dram (4105 dollar) alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR