İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Kanada səfirliyi qalmaqalı - ikiüzlü siyasətin ifşası

İrəvanda səfirlik açmaq istəyən bu ölkə qərarını “Rusiyanın sabitliyi pozan fəaliyyəti” ilə əlaqələndirir, bu da Rusiya səfirliyini qəzəbləndirib, Moskva buna imkan verəcəkmi?

Bir həftə əvvəl Kanada xarici işlər naziri Melani Coli ölkəsinin Mərkəzi və Şərqi Avropa, eləcə də Cənubi Qafqazda diplomatik mövcudluğunu və fəaliyyətini genişləndirəcəyini açıqlayıb.

“Yeni Müsavat” bildirir ki, Kanada bu planına uyğun olaraq, Ermənistanda səfirlik açacağını bəyan edib. “Kanada Ermənistanda daimi səfiri olan tamhüquqlu səfirlik açacaq. Bu, ikitərəfli əlaqələri gücləndirəcək və Kanadanın Ermənistan demokratiyasına dəstəyini artıracaq”, - Coli deyib. Rusiyanın Ermənistandakı səfirliyi isə İrəvanda diplomatik nümayəndəlik açacağını elan edən Kanada Xarici İşlər Nazirliyini tənqid edən bəyanat yayıb. Vəziyyətin mahiyyəti ondan ibarətdir ki, “ağcaqayın yarpağı ölkə”sinin Xarici İşlər Nazirliyi məlum açıqlamada səfirlik açmaq niyyətini “Rusiyanın sabitliyi pozan fəaliyyəti” kimi təqdim edib.

Təbii ki, Kanadanın Moskvaya qarşı sanksiya müharibəsində fəal iştirak etdiyini nəzərə alsaq, belə bir addım Rusiya Xarici İşlər Nazirliyinin qətiyyən xoşuna gələ bilməzdi. Bu mövzuda Haqqın.az yazır ki, Ottavaya qəzəbləndiyini bildirən rus diplomatlarının erməni tərəfinə də bir neçə sual verməsi lazımdır. Çünki onun gizli razılığı olmadan Kanadanın “erməni demokratiyasını dərinləşdirmək planları”, sadəcə, mümkünsüzdür. Qeyd olunur ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bir müddət əvvəl Rusiyanın siyasətinə qarşı kontekstdə Kanada ilə münasibətlərin gücləndirilməsini açıq mətnlə bəyan etmişdi. Aydındır ki, Ermənistan “çoxvektorlu xarici siyasət sözü” işlətsə də, əslində söhbət İrəvanın ikiüzlü siyasətindən gedir. Bu da uzun müddətdir ki, istər ölkə daxilində, istərsə də xaricdə bütün erməni elitasının xarakterik xüsusiyyəti olub. Ermənistanın ikiüzlü siyasətinin ifşası, Kanadanın isə səfirlik açmaq niyyətini Rusiya amili ilə izah etməsindən sonra İrəvan özünə necə haqq qazandıracaq? İrəvanın hər mümkün fürsətdə Rusiyanı satmaq niyyəti nədən xəbər verir? Moskva bundan sonra Kanada səfirliyinin açılmasına razılıq verərmi?

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Kanadanın birtərəfli addımını bölgəyə təsir uğrunda mübarizə kimi qiymətləndirmək lazımdır: “Kanada həqiqətən regionda sabitlik istəyindədirsə, Rusiyanın təsir dairəsinin genişlənməsinə qarşıdırsa, təkcə İrəvanda deyil, bölgənin super gücü olan Azərbaycanda və Gürcüstanda da səfirlik açmalı idi. Burada ayrı-seçkilik, ermənipərəstlik və geopolitik yarış elementləri özünü aydın göstərir”. Q.Hüseynlinin sözlərinə görə, bölgədə strateji maraqlar üzərindən siyasət qurulmasına deyil, həqiqətən əmin-amanlığa xidmət edəcək fəaliyyətə ehtiyac var: “Bununla əslində, Qərb Ermənistanda təsirlərini gücləndirməyə çalışır. Eyni zamanda nəzərdən qaçırmaq olmaz ki, bu məsələdə erməni lobbisinin təsirləri də mövcuddur. Rusiya səfirliyinin aqressivliyi isə Ermənistanı bəlkə də müəyyən qədər çəkindirə bilər”.

Politoloq Elxan Şahinoğlu isə məsələyə fərqli yanaşır. Onun fikrincə, Kreml “böyük yeddilərə” qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Koreya Xalq Respublikası və Cənubi) sıralarını genişləndirməyə qərar verib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavrov növbəti iki ölkənin adını da çəkib: Argentina və İran layiqli namizədlərdir.  İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var”. 

Analitik hesab edir ki, Rusiyanın məqsədi aydındır: “Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır. Çünki ”Böyük yeddilər"in (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiya) Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. “Böyük yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardılar. Ancaq hələ ki Qərb dövlətlərinin ortaq qərarları Rusiyanı durdurmur".

Сергей Маркедонов: Проазербайджанская позиция Турции – не новость, но такой  масштаб этой поддержки – некоторая новая ситуация - Панорама | Новости  Армении

Sergey Markedonov

Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Kanada hökumətinin İrəvanda səfirlik açmaq qərarını və Rusiya səfirliyinin buna reaksiyasını şərh edib: ”Bu, Kanadanın Qafqazda ilk rezident səfirliyi olacaq. Məsələn, Ottava ilə NATO formatında fəal əməkdaşlıq edən bir ölkənin paytaxtı Tiflisdə Kanada konsulluğu fəaliyyət göstərir. Ermənistanda işə başlayan Kanada həm respublikanın özündə, həm də diasporada müsbət reputasiyaya malikdir. 13 iyun 2022-ci ildə Senat və 21 aprel 2004-cü ildə Kanada Parlamentinin İcmalar Palatası erməni soyqırımını pisləyən qətnamələr qəbul edib. Onların əhəmiyyətini çox qiymətləndirməyə dəyməz. Bununla belə, bu cür addımların erməni dünyası üçün əhəmiyyətini qiymətləndirməmək də olmaz. Kanadanın İrəvanda səfirliyinin açılmasından bəhs edən hökumətin xüsusi press-relizində Kanadanın “Rusiyanın sabitliyi pozan fəaliyyətinə” qarşı müxalifətdə iştirakından bəhs edilir. Nəticədə Rusiyanın özünün xüsusi maraq dairəsi hesab etdiyi regionlarda və ölkələrdə Qərb təsirinin genişlənməsinin ağrılı qəbuludur. Və ən azı narahatlıq üçün əsaslar mövcuddur. Kanada Ukraynaya dəstək verən əsas cəbhəçilərdən biridir. Ottava üçün Ukrayna mövzusunun da daxili siyasi əhəmiyyəti var. Kanada orada yaşayan etnik ukraynalıların sayına görə dünyada üçüncü ölkədir. Kanada kollektiv Qərb tərəzisinə “çəkilər” əlavə edəcəkmi? Bunu yaxın gələcək göstərəcək. Amma istənilən halda, Qafqaz Ottava üçün müstəqil prioritet olmayacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR