Onlayn ictimai-siyasi qəzet
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan əmindir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Osmanlı İmperiyasında erməni soyqırımı məsələsi ilə bağlı İrəvanın iddialardan əl çəkməsi ilə bağlı Türkiyəyə vəd verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Müxalifətçi siyasətçinin açıqlaması sosial şəbəkələrdə dərc olunub. Bununla da o, hakimiyyətin qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasətinin prioritetləri arasında olmaması ilə bağlı təkrar bəyanatlarına münasibət bildirib.
O, əmindir ki, hakimiyyətin qəbul etmək niyyətində olduğu gələcək Konstitusiya saxta “soyqırım”ın beynəlxalq səviyyədə tanınması məsələsini həll etməyəcək. Aşotyan hesab edir ki, belə bir ssenarinin qarşısını ancaq hakimiyyət dəyişikliyi ilə almaq olar.
Erməni mediası xatırladıb ki, yanvarda Nikol Paşinyan Sürixdə olarkən erməni icması ilə görüşündə “soyqırım” məsələsini “yenidən araşdırmağa” və “nə baş verdiyini və niyə baş verdiyini” anlamağa çağırıb. Baş nazir bu yaxınlarda türkiyəli jurnalistlərə müsahibəsində demişdi ki, “soyqırım”ın tanınması İrəvanın xarici siyasət prioritetləri sırasında deyil.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ