Onlayn ictimai-siyasi qəzet
Ermənistanda iqtidar nə qədər müxalifətin, eləcə də küçələrə çıxan insanların tətbiq etdiyi mübarizədən heç bir şəkildə “qorxmadığını” göstərməyə çalışsa da, yenə də olduqca narahatdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
“Mənbələrimizin bildirdiyinə görə, “Vətəndaş Sazişi” partiyasında “bu ilin sentyabrında nə gözləmək olar” sualı xeyli müddətdir müzakirə olunur. Arxiyepiskop Baqrat Qalstanyan da əvvəllər sentyabrın 10-dan isti payız gözlənildiyini xəbər edib. Əldə etdiyimiz məlumata görə, hakim partiyanın nümayəndələri eyni dövrdə “isti payızdan” nə gözləyə biləcəyini müzakirə ediblər. Çünki vaxtilə arxiyepiskop Baqrat Qalstanyan həm küçələri, həm də parlamentə girişləri bağlamağa nail olub. Hakimiyyət bundan narahatdır və çətin vəziyyətə düşməmək üçün addımlar atır”, - deyə məlumatda qeyd olunub.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ