İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda daha bir “xain” aşkarlanıb - erməni mediası

Ermənistanın Milli Təhlükəsizlik Xidməti daha bir dövlətə xəyanət faktının üstünü açıb. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlində xarici kəşfiyyat xidməti tərəfindən işə götürülüb və silahlar, döyüş mövqeləri, texnika haqqında məxfi məlumatları, o cümlədən bu yaxınlarda əldə etdiyi Hindistanın fotoşəkillərini ötürüb.

Adı açıqlanmayan həmin şəxsin iki dəfə ötürülən məlumatlara görə mükafat aldığı, artıq həbs edildiyi də bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR