İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda artist və dramaturqa qarşı cinayət işi qaldırıldı

Ermənistanda artist və dramaturq Vahram Saakyana qarşı cinayət işi açılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb.

Onun sözlərinə görə, həmin dramaturq Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (ictimai ittiham) ilə ittiham olunur. Bu maddə nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılmasına yönəlmiş çıxış, habelə kütləvi informasiya vasitələri və ya kommunikasiya texnologiyalarından istifadə etməklə bu məqsədlə materialların və ya əşyaların yayılması kimi cinayətləri ehtiva edir.

Bununla birlikdə Avdalyan Vahram Saakyanın konkret hansı çıxışına görə saxlandığına aydınlıq gətirməyib.

Vahram Saakyan 2016-cı ildə Ermənistanın əməkdar incəsənət xadimi adına layiq görülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR