İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana göndərilən fantastik məbləğdə kokain ələ keçdi - ŞOK VİDEO

İtaliyanın Maliyyə Qvardiyası Ekvadordan Ermənistana göndərilən 2734 kiloqramlıq rekord kokain partiyası aşkar edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanının bəyanatında deyilir.

Qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Coya Tauro şəhərinin limanında saxlanılıb. Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulub. Bu iki konteyner Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana gedirmiş.

“Kokain Coel adlı köpəyin sayəsində, həmçinin mürəkkəb skanerlərdən istifadə etməklə aşkar edilib. Müsadirə edilən və son dərəcə saf, mükəmməl vəziyyətdə olan narkotik maddə narkotik alverçilərinə 800 milyon avrodan çox gəlir gətirə bilərdi”, - deyə hesabatda bildirilir.

İdarənin məlumatına görə, narkotiklərin daşınması və sonradan məhv edilməsi üçün maliyyə qvardiyasının 30-dan çox əməkdaşı cəlb olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR