İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana casusluq edən şəxsə ağır cəza - 17 il həbsdə qalacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Hacı Famil oğlu Paşayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən, Hacı Paşayev 17 il azadlıqdan məhrum edilib.

Hacı Paşayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (dövlət əleyhinə yönəlmiş açıq çağırışlar etmək), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələriylə təqsirləndirilirdi. Onu  bir müddət əvvəl DTX həbs edib və həmin qurumun istintaq təcridxanasında saxlanılıb. 30 yaşlı Hacı Paşayevin konkret hansı əməl törətdiyi ilə bağlı məlumat yoxdur. Baxmayaraq ki, onu DTX həbs edib və kifayət qədər ciddi maddələrlə ittiham olunur, DTX bu həbslə bağlı hər hansı məlumat yaymayıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR