İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yeni silah bazarı AXTARIR

“Ermənistan yeni keyfiyyətli silahlar əldə etmək imkanını nəzərdən keçirir, artıq müəyyən nəticələr var”.

Konkret.az “Interfax”a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

“Son bir il ərzində biz yeni imkanları nəzərdən keçiririk. Biz çoxlu qapıları döymüşük. Və bu, təbii prosesdir”, – o, bildirib.

Papikyanın sözlərinə görə, söhbət yeni keyfiyyətdə olan silahlardan gedir.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan silah əldə etmək üçün imkanlarını genişləndirir.

Qeyd edək ki, “The Economic Times” qəzeti də Hindistanın Ermənistana silah tədarükü üçün böyük ixrac sifarişi aldığını, yaxın aylarda İrəvana təxminən 245 milyon dollar dəyərində silahın gətiriləcəyini yazıb. Hindistanın “Solar Group” şirkəti “Pinaka” reaktiv yaylım atəş sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR