Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Müdafiə Nazirliyinin son xəbərdarlığını Ermənistana ciddiyə almağı tövsiyə edərdik. “Dəvəquşu” kimi başı quma salıb özünü gizlənmiş saymaq taktikası artıq işə yaramır və yaramayacaq. İrəvan üçün çıxış yolu bu deyil, olmayacaq!
Təəssüf ki, baş nazir Nikol Paşinyan da yavaş-yavaş sələflərinin siyasətinə qayıdır. O siyasətə ki, acı gerçəyi görməzdən gəlməyə, miflərə və fantaziyalara əsaslanır, öz xalqına yalnızca fəlakət vəd edir.
Belə olmasaydı, Bakının bu qəbil mesajlarını rəsmi İrəvan hər dəfə və həyasızcasına “silahlanmaq, güclü ordu qurmaq suveren dövlətin haqqıdır” cavabını verməzdi. Suveren dövlət e...
Reallıq belədir ki, Ermənistan yenə “qaşınmağa” başlayıb. Olsun. Dərmanı, mazı bizdə. Bitib-qurtaran da deyil. Narahat olmasınlar...
Silahlanmaya gəlincə, tanınmış gürcü politoloq Gela Vasadze tam haqlıdır deyəndə ki, İrəvan elə buna can atır: “44 günlük müharibədə silahlarının böyük hissəsini itirən Ermənistan öz hərbi potensialını bərpa etməyə çalışır. Ancaq başqa bir sual ondan ibarətdir ki, onlar bunun üçün düzgün vaxtı seçiblərmi?” (Axar.az)
Politoloq öz sualına özü də cavab verir: “Buna şübhə edirəm. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir ki, onlar Azərbaycanla sülh bağlamağa heç vaxt bu qədər yaxın olmayıblar. Amma ümumilikdə onlar güclü orduya sahib olmaq istəyirlər”.
Bəs güclü ordu kapitulyantın nəyinə gərək?
Əlbəttə ki, Bakı ilə sülh masasında güclü mövqedən çıxış etmək və nə vaxtsa, fürsət düşən kimi Azərbaycana qarşı revanşist planları həyata keçirmək, bizi arxayın salıb arxadan zərbə vurmaq üçün. Yoxsa ki, sülh istəyən ölkənin konstitusiyasında qonşu dövlətlərə açıq-aşkar ərazi iddiaları niyə qalsın ki? Məntiq varmı? Yoxdur...
Söz düşmüşkən, erməni mediası hər gün həm özü, həm də cürbəcür siyasi “xadim”lərin, “ekspert-təhlilçi”lərin dilindən yazır ki, “biz konstitusiya dəyişikliklərinə imlan verməyəcəyik, bu, xalqımız üçün ölüm-olum”, hətta “ləyaqət” məsələsidir.
Dünən eyni cəfəngiyatı keşiş-avantürist Baqrat Qalstanyan təkrarlayıb: “Azərbaycan rəhbərliyinin səsləndirdiyi tezislər - konstitusiyaya dəyişikliklər, ATƏT-in Minsk Qrupunun (MQ) ləğvi, ərazi güzəştləri (? - red.) nə qədər ki, biz varıq, reallaşmayacaq”.
Qonşuların qanuni torpağına göz dikməkdən əl çəkib normal, adekvat millətlər kimi yaşamaq ləyaqətsizlik imiş. Belə bir absurd yalınız xəstə təfəkkürlü ermənilərin ağlına gələ bilərdi...
Əfsus ki, Paşinyan hökumətinin məsələyə yanaşması keşiş Baqratın mövqeyindən aşağı-yuxarı ciddi fərqlənmir. Əks təqdirdə, İrəvan heç olmasa, MQ-nin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətlə bağlı Bakının haqlı çağırışını geri çevirməzdi. Yada salaq, parlamentin spikeri Alen Simonyan beləcə də demişdi: “Sülh müqaviləsi imzalanandan sonra MQ-yə ehtiyac qalmayacaq”.
Belə çıxır, indi ehtiyac var? Yəni nədən MQ sülh imzalanmadan öncə buraxıla bilməz? Axı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, MQ isə keçmiş Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün yaradılmışdısa, onda bitmiş bir məsələnin iki ölkə arasındakı sülh sənədinə nə dəxli ola bilər?
Sən demə, varmış. Çünki ermənilər iqtidarlı-müxalifətli Qarabağın Azərbaycan olması ilə sonadək barışmayıblar. Bunu unutmayaq. Ən bariz sübut – konstitusiyanı dəyişmək təklifinə ermənilərin isterik reaksiyası. O səbəbə Bakı ilə sülh sənədini də biclik işlədib “Əsas qanun”u dəyişmədən imzalamaq istəyirlər...
Yəni həm dünyaya sülhpərvər kimi görünmək, həm də gələcəyə “əl yeri” saxlamaq və havadarlarının dəstəyi ilə Azərbaycanla nə vaxtsa təzədən “haqq-hesab” çəkmək üçün. MQ-dən iki əlli yapışmaq da eyni məqsədə xidmət edir.
Azərbaycan buna gedərmi? Qarabağı hələ də öz tərkib hissəsi sayan ölkə ilə heç nə olmayıbmış kimi sülh müqaviləsi imzalayıb diplomatik münasibətlər qurmağımız, barışmağımız mümkünmü? Potensial müharibə mənbəyi olan, beynəlxalq hüququ ələ salan konstitusiyaya malik bir ölkə ilə sülh içində, dinc yanaşı necə yaşamaq olar? Biz heç axmağa oxşayırıqmı?
Eləcə də qardaş Türkiyə. Odur ki, çürüyün blokadada. Ta ki, toxumunuz kəsilənə, dağılışıb tükənənə kimi...
ABŞ-ın İrəvandakı səfirliyi isə bu gün tənbəllik eləmədən növbəti dəfə bəyan edib ki, “Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazın sosial və iqtisadi potensialının açılmasına imkan verəcək sülh sazişini imzalamaq zamanı yetişib”.
Necə imzalansın? Əgər Vaşinqton konstitusiya məsələsində İrəvana təzyiq göstərmirsə, Ermənistanı silahlandırmaqla, onunla birgə hərbi təlimlər keçirməklə məşğuldursa, bunlar azmış kimi, Pentaqon təlimatçısına Ermənistan Müdafiə Nazirliyində daimi vəzifə verilirsə, Bakı-İrəvan sənədinin imzlanmasını ABŞ nə cür təsəvvür edir görəsən? Bu, siyasi riyakarlıq deyilsə, nədir?..
“Son baş verənlər bir daha sübut edir ki, Ermənistan dünyanın heç bir ölkəsi üçün etibarlı tərəfdaş deyil. İrəvan danışıqları pozmaq üzrə çempiondur. Onun növbəti hərəkətinin, addımının nə olacağını heç vaxt bilmirsən. Məncə, Ermənistan hiss etməyə başlayıb ki, əlinə hansısa yeni “kozır” düşüb və o səbəbə təzədən nazlanmaq olar. Bunlar onu göstərir ki, Ermənistanla danışıq yolu - son dərəcə sürüşkən yoldur. Hərgah, İrəvan necə oynayır-oynasın, təcrübə göstərir ki, yekunda yalnız öz qapısına “qol” vurur”.
Bu fikir isə rusiyalı politoloq Aleksandr Razuvayevə məxsusdur.
Bizcə, əlavə şərhə lüzum qalmır...
Z.SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ