Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Afanasios Ntokosla görüşüb.
Musavat.com xəbər verir ki, görüş ötən gün Maltada baş tutub.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, tərəflər beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini müzakirə ediblər. Qriqoryan Cənubi Qafqaz regionunda mövcud təhlükəsizlik problemlərini təqdim edib və Ermənistanın onların həlli istiqamətində səylərini vurğulayıb. Tərəflər həmçinin təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ