İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və İran əməkdaşlığı bütün sahələrdə möhkəmlənir

Ermənistan və İran enerji sahəsində əməkdaşlığın uzadılması ilə bağlı saziş imzalayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Elektrik enerjisi müqabilində qaz” müqaviləsinin həcminin artırılması ilə uzadılmasına dair sənəd bu gün Ermənistanən Ərazi idarəetmə və infrastruktur nazirliyində bağlanıb.

Sənədi “İrəvan TES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çegeni imzalayıblar.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan tərəfləri sazişin uzadılması münasibətilə təbrik edərək, bunun Ermənistan-İran dostluq münasibətlərinin ən yaxşı təzahürlərindən biri olduğunu söyləyib.

“Sazişin uzadılması hər iki ölkə üçün sərfəli sövdələşmədir, çünki bu sənəd qaz idxalı və elektrik enerjisi ixracının həcmini artırmaq imkanı yaradır və bu, Ermənistan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək”, - deyə, nazir Sanosyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR