İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Belçika XİN başçıları Aİ ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belçikalı həmkarı Hadja Lahbib ilə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər həm ikitərəfli gündəliyə, həm Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsinə, həm də regional məsələlərə toxunublar. Görüşdə ticari-iqtisadi, informasiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsi imkanları da müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR