Onlayn ictimai-siyasi qəzet
Kişinyov-İrəvan aviareysi zamanı “FlyOne Armenia” şirkətinin icarəyə götürdüyü təyyarə quşla toqquşub.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Enişdən sonra texniki baxış nəticəsində məlum olub ki, təyyarə zədələnib və alınan zədə səbəbindən təyyarəni idarə etmək mümkün olmayacaq. Bu səbəbdən İrəvan-Milan reysinin təxirə salındığı bildirilir. Şirkətin Facebook səhifəsində hadisə barədə sərnişinlərə müraciət edilib.
“Şirkət qeyd olunan reysin statusu barədə daha sonra məlumat verəcək. Biz sizin anlayışınıza güvənirik. İrəvan-Milan-İrəvan reysi ilə bağlı hər hansı digər sualınız olarsa, şirkətin müvafiq hava limanlarındakı nümayəndələri ilə əlaqə saxlayın”, - deyə şirkətin açıqlamasında bildirilir.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ