Onlayn ictimai-siyasi qəzet
Fikrət Yusifov: “Bu millətin genində torpaq oğurluğu ilə nəfəs alan bir ruhi xəstəlik formalaşıb”
Azər Badamov: “Haqq işimizdə bizə heç kim mane ola bilməz”
“Ermənilərin nəzarətində olan kəndlər, ərazilər var, biz təbii ki, onlardan danışmırıq, amma Ermənistanın da Azərbaycan tərəfindən tutulan əraziləri var. Səhv etmirəmsə, bu 150 kv.km-dir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun iddiasına görə, xəritələr əsasında demarkasiya və delimitasiya aparıldıqdan sonra Azərbaycan qoşunları həmin 150 kv.km-dən çıxacaq. “Təbii ki, Ermənistan qoşunları da Azərbaycan ərazisindən çıxarılacaq. Əgər onlar getməsələr, onda biz hazırda olduğumuz ərazini tərk etməyəcəyik, orada (Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində - red.) bizim qoşunlarımız və nəzarətimizdə olan müəyyən ərazilər var”, - Simonyan bildirib.
Onun sözlərinə görə, bu məqamlar Ermənistan üçün çox vacibdir: “Bilmirəm, onlar müqavilədə yer tapacaq, yoxsa başqa cür həll olunacaq”.
Erməni spiker gör nəyi nə ilə müqayisə edir və nəyi xəyal edir. Əvvəla, Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyıbsa, o zaman hansı haqla ərazimizdə qanunsuz silahlı birləşmələrini saxlamalıdır? Özü də dörd yandan Azərbaycan torpaqları ilə əhatə olunmuş bir ərazidə və üstəlik, 10 noyabr (2020) sənədinin 4-cü bəndinin tələbinə daban-dabana zidd olaraq?! Demək, rəsmi İrəvan yenə riyakarlıq edir. O zaman Azərbaycana güc tətbiq eləməkdən savayı yol qalmır.
Azərbaycanın guya Ermənistanın 150 kv/km sərhədyanı ərazisini işğal etməsinə gəlincə, əlbəttə ki, bu ağ yalandır. Azərbaycan sərhədçiləri şərti sərhəddə durur və Ermənistan ərazisinə girməyib. Elə olsaydı, BMT TŞ-nin Qarabağ qətnamələri kimi, hansısa qətnaməsi olar, ölkəmiz işğalçı elan edilərdi. Belə bir şey isə yoxdur.
Odur ki, rəsmi İrəvan nə qədər tez öz siyasi cığallığına və riyakarlığına son qoysa, bir o qədər öz xalqı uduşda olar. Əks halda, növbəti “dəmir qapaz”a hazır olsunlar.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov ermənilərin daim başqa ölkələrin ərazilərinə iddia irəli sürən xəstə bir toplum olmasından söz açdı: “Dilimizdə çox yaxşı bir atalar sözü var - "artıq tamah baş yarar". Bu məsələ ən çox ermənilərə aiddir. Bu millətin genində torpaq oğurluğu ilə nəfəs alan bir ruhi xəstəlik formalaşıb. Baxın, tarix boyu bunlar dünyanın hansı yerində yaşayıblarsa, orada mütləq fitnə-fəsad törədib ya özləri üçün yeni torpaqlar istəyiblər, ya da başqa dövlətin ərazisində yaşamaqlarına baxmayaraq, o torpaqlarda müstəqillik, muxtariyyət və s. tələb ediblər. Dediklərimizin təsdiqi üçün ermənilərin bu xislətini ortaya qoyan qısa bir tarixi ekskursiya edək. Onlar Türkiyədə rusların təhriki ilə daima Osmanlı ilə çarpışıb, türk torpaqlarında öz dövlətlərini yaratmağa çalışıblar, bir qədər öncə Rusiyanın Krasnodar vilayətində, kompakt yaşadıqları ərazilərdə bir neçə il bundan öncə muxtariyyət istəyib bunun bədəlini ağır ödədilər, Gürcüstanda da eyni istəklə illərdir çarpışırlar. Azərbaycana qarşı bu xəstə millətin törətdiyi vəhşilikləri isə geniş şərh etməyə ehtiyac yoxdur. Onların ABŞ-ın Kaliforniya ştatında, kompakt yaşadıqları yerdə də özlərinə muxtariyyət istəməsi erməni həyasızlığının kulminasiyası idi. Budur erməni iyrəncliyi.
Ermənilər hələ 1990-cı illərin əvvəllərində Qarabağı və onun ətrafındakı rayonları işğal edərkən bilməliydilər ki, onlar bu yaramaz işğalçı addımları ilə tək Qarabağı deyil, bütöv Azərbaycanı itirdilər. Bu yaramaz millətin nümayəndələri işğalçı müharibəyə başlayana qədər Bakıda, Gəncədə, Sumqayıtda, bir sözlə, Azərbaycanın ən gözəl yerlərində, ən yaxşı evlərdə yaşayır və ən çox qazanc gətirən sahələrdə çalışırdılar. Amma bu millət, öz tamahının üzündən bizim torpaqlarda on illər boyu əldə etdikləri hər şeyi itirdi və sonda vaxtilə torpaqlarımızda onlar üçün yaradılmış dövləti - Ermənistanı itirməklə üz-üzə qaldılar.
Ermənilər bu gün otuz illik işğal dönəmində və 44 günlük ikinci Qarabağ savaşında verdikləri on minlərlə havayı qurbanlara acıyırlar. Bu qədər qurbanın müqabilində gəlib çatdıqları sonluğa acıyırlar və sanki indi başlarına “Dəmir Yumruq” dəydikdən sonra ayılıblar. Lakin 30 il ərzində qurduqları müdafiənin 44 gün ərzində darmadağın edilməsindən sonra reallıqları tam dərk etsələr də, xislətləri imkan vermir ki, əllərini yuxarıya qaldırıb “biz təslim oluruq” desinlər.
Zaman hər şeyi öz yerinə qoydu. Azərbaycan Prezidentinin ağıllı, uzaqgörən və təmkinli siyasəti 30 ilə yaxın erməni havadarı olanların yürütdükləri “ikili standartı” yerlə-yeksan etdi. Bu gün bütün dünya bu məsələdə Azərbaycanın haqqını dəstəkləyir. Ermənilər isə şokdadırlar. Və bu şokun yaratdığı effektlə onların başında dayananlar tez-tez sərsəmləyirlər. Nə qədər bacarırlar sərsəmləsinlər, onlara artıq heç nə və heç kim kömək edə bilməz. O ki qaldı Qarabağ torpaqlarımızdan erməni hərbi birləşmələrinin çıxarılmasına, burada iki yol var: ya onlar özləri çıxacaqlar, ya da “Dəmir Yumruq” işə düşəcək.
Erməni parlamentinin spikerinin Azərbaycan Ordusunun 150 kvadrat kilometr Ermənistan torpaqlarını tutmasına dair fikirləri isə növbəti sərsəmləmədir. Ermənilər zaman-zaman, addım-addım sərhəd boyunca torpaqlarımıza girib orada yaşayış məntəqələri salıblar, yollar çəkiblər - bir sözlə, ərazilərimizin bir hissəsini də beləcə işğal ediblər və indi də o ərazilərə öz torpaqları kimi baxırlar. Azərbaycan heç kimin torpağını tutmayıb, sadəcə öz dövlət sərhədlərinə qayıdıb".
Deputat Azər Badamov dövlət başçısının Laçından verdiyi mesajlara xüsusi yer ayırdı: “Azərbaycan Ermənistanın döyüş meydanında dizini yerə vuraraq, kapitulyasiya sənədinə imza atmağı məcbur edib. Ona görə də Ermənistan Azərbaycana heç bir şərt qoya bilməz. Ermənistan parlamentinin sədri Alen Simonyanın "Azərbaycan Ermənistanın 150 kv/kilometr ərazisindədir" deməsi və qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ancaq öz ərazilərini azad etdikdən sonra baş tutacağı ilə bağlı açıqlaması sayıqlıq və riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan Ordusu harda lazımdırsa orda dayanıb və dayandığı ərazini də Ermənistanla şərti sərhəd hesab edirik. Ermənistanın buna narazılığı varsa, o zaman 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə uyğun sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Əgər Ermənistan sərhədlərin delimitasiyasından boyun qaçırmaqda davam edərsə, Müzəffər Ordumuz lazım bildiyi yerdə dayanacaq və ora sərhəd hesab ediləcək.
Qarabağda qalmış erməni silahlıları ilə bağlı isə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev Laçında laçınlılarla görüşdə Qarabağda yaşayan ermənilərin tez bir zamanda Azərbaycan vətəndaşlığı almalı olduğunu, saxta qurumları ləğv etməli və separatçılar silahları təhvil verərək boyunlarını büküb amnistiya olunmaları üçün xahişə gəlməli olduqlarını bəyan edib. Əgər separatçılar öz saxta arzuları ilə yaşamağa davam edərlərsə, antiterror əməliyyatı keçiriləcək və ordumuz öz gücü ilə ərazilərimizi separatçılardan və Ermənistan silahlılarından təmizləyəcək. Buna Simonyanın və digərlərinin şübhəsi olmasın. Prezident İlham Əliyevin dediyi hər bir sözün həyata keçdiyini Ermənistan və onun havadarları yaxşı bilirlər. Haqq işimizdə bizə heç kim mane ola bilməz".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ