İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi orduya ƏMR VERDİ: "Sindur" əməliyyatı BAŞA ÇATMAYIB

Hindistanın baş naziri Narendra Modi ölkənin silahlı qüvvələrinə Pakistanın istənilən hərəkətinə qəti şəkildə cavab verməyi əmr edib.

Musavat.com xəbər verir ki, bu barədə PTI agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Güllələrə artilleriyadan cavab veriləcək", - agentliyə danışan mənbə baş nazirin sözlərindən sitat gətirib.

Agentlikdən verilən məlumata görə, "Sindur" əməliyyatı hələ başa çatmayıb.

"Əgər onlar atəş açarsa, biz də atəş açacağıq, əgər hücum edərlərsə, biz də hücum edəcəyik", - deyə mənbə bildirib. 

Hindistan rəsmiləri iddia edir ki, Pakistan son dörd gündə münaqişənin bütün mərhələlərində Hindistana uduzub.

Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Cammu və Kəşmir ərazisinin Pahalqam şəhərində 25 hindli və bir nepallının ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib.  

Şənbə günü Yeni Dehli və İslamabad atəşkəs barədə razılığa gəliblər. Lakin bu razılaşmadan bir neçə saat sonra Cammu və Kəşmirin bir neçə şəhərində, eləcə də Pəncabda pilotsuz uçuş aparatları müşahidə olunub, hava hücumundan müdafiə sistemləri işə düşüb və elektrik enerjisi kəsilib. Tərəflər atəşkəsin pozulduğunu bildiriblər. Lakin keçən gecə sakit keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR