İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan poliqona çevriləcək və Zəngəzur dəhlizi açılacaq – İrəvanda qorxu

“Cənubi Qafqazda kommunikasiya kanallarına nəzarət uğrunda mübarizə gedir və Zəngəzur dəhlizi adlanan layihə də əslində Turan dəhlizidir”.

Bu iddia ilə Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov çıxış edib.

Şarmazanov ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın “Rusiya və Çinin iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan və Ermənistandan keçən nəqliyyat şəbəkəsi” haqda açıqlamasını xatırladıb və qeyd edib ki, Vaşinqton İrəvanı Moskvaya qarşı poliqona çevirir.

“Sirr deyil ki, Qərb əvvəldən Gürcüstanı Rusiyaya qarşı mübarizədə əsas forpost kimi görürdüsə, Tbilisinin rədd cavabından sonra diqqəti İrəvana yönəldib. Qərb Paşinyana Rusiyadan uzaqlaşmaq istiqamətində cəsarətli addım atmağa sövq edir. Belə görünür ki, Ermənistan Rusiya ilə müharibədə poliqona çevriləcək və Zəngəzur dəhlizi açılacaq”, - o iddia edib./Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR