Onlayn ictimai-siyasi qəzet
Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın istefa tələbinə cavab verməməsindən sonra parlamentdə onun impiçmenti proseduruna başlayır.
Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika Meydanında keçirilən mitinqdə bildirib.
B.Qalstanyan əlavə edib ki, parlamentdə impiçment proseduruna başlayacaq, bu barədə hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacaqlar.
Keşiş qeyd edib ki, paralel olaraq vətəndaş itaətsizliyi aksiyaları keçiriləcək.
@@TVmusavat/85132@@
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ