Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Ermənistan millisi baş məşqçisi Aleksandr Petrakov ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Aleksandr Petrakov artıq yığmanın baş məşqçisi deyil. Mütəxəssis işdən çıxarılıb", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, komanda ötən gün evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya uduzub - 0:2. Petrakov 2023-cü ilin yanvarından millidə işləyir. Ermənistan seçməsi C Liqasının 4-cü qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb.
07 Noyabr 2024
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ