Onlayn ictimai-siyasi qəzet
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.
Bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib.
“Təəssüf ki, iki tədbirin icrası mümkün olmayıb. Bunlar, ilk növbədə, ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizdir. Onların mövqelərinə görə (belə oldu - red.). İkinci məsələ isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım məsələsində qərarın yekunlaşdırılması ilə bağlı sərəncamıdır. Bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, Ermənistan tərəfi bu sənədə heç bir maraq göstərmədi və üstəlik, işimizin yekun hissəsində onun, ümumiyyətlə, gündəmdən çıxarılmasını xahiş etdilər”, - deyə KTMT-nin Baş katibi bildirib.
Qeyd edək ki, noyabrın 22-də Minskdə KTMT ölkələrinin müdafiə, xarici işlər nazirləri şuraları və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasları, noyabrın 23-dən isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ