Onlayn ictimai-siyasi qəzet
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsi ilə bağlı qərarı imzalamayacağını və təşkilatın maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmi olaraq bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, İrəvan KTMT Katibliyinə bildiriş göndərərək, 2024-cü il üzrə təşkilat büdcəsinin qəbuluna dair sənədi imzalamaqdan çəkindiyini və nəticə etibarilə qurumun maliyyə yükündə iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, son illərdə Ermənistanın KTMT ilə münasibətləri xeyli gərginləşib. İrəvan təşkilatın təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, bir sıra tədbirlərdə iştirakdan imtina etmişdi. Ermənistan rəhbərliyi KTMT-nin 2020-ci il Qarabağ müharibəsi və sonrakı gərginliklər zamanı ölkəyə hərbi-siyasi dəstək verməməsini kəskin tənqid edir.
Analitiklər bu addımı Ermənistanın KTMT-dən uzaqlaşmaq istiqamətində atdığı daha bir açıq və simvolik addım kimi dəyərləndirirlər.
Musavat.com
02 Aprel 2025
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ