İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Kacaran tunelinin tikintisi üçün 200 milyon dollar kredit alacaq

Ermənistan Şimal-Cənub dəhlizində 7 kilometrlik Kacaran tunelinin tikintisi üçün 200 milyon dollar kredit alacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müvafiq saziş Ermənistan hökumətinin iyulun 25-də keçirilən iclasında təsdiqlənib.

Bundan başqa, M2 avtomobil yolunun İrəvan - Yerasx - Qoris - Meğri - İran sərhəddinin təxminən 4 km uzunluğunda hissəsinin yenidən qurulması planlaşdırılır.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın sözlərinə görə, tunelin tikintisi nəticəsində yol təxminən 14 km qısalacaq.

Planlaşdırılan tikinti işlərinin təxmini icra müddəti təxminən 6 il, təxmini dəyəri isə 369 milyon dollar təşkil edəcək.

Ermənistanın bu qədər böyük krediti hardan aldığı barədə rəsmi məlumat verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR