Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Şimal-Cənub dəhlizi çərçivəsində İranla sərhəddə Kacaran tunelinin tikintisi üçün Ermənistana 200 milyon dollar kredit ayrılacağını açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı “Azad İran” telegram kanalı yayıb.
Sanosyan tunelin 7 kilometr uzunluğunda olacağını və tikintisi ilə sözügedən marşrut boyunca nəqliyyatın daha yüksək sürətlə həyata keçiriləcəyini, o cümlədən məsafənin əhəmiyyətli dərəcədə qısalacağını bildirib.
Qeyd olunub ki, tunel İrəvan istiqamətində İran sərhədinə gedən yolda yerləşəcək və hər gün bu yoldan 300-ə yaxın İran yük maşını keçəcək.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ