Onlayn ictimai-siyasi qəzet
ABŞ-da hamı Trampın inauqurasiyasını gözlədiyi bir vaxtda Ermənistan Xarici İşlər Nazirliyinin deputat Vahan Kostanyanla birlikdə nümayəndə heyəti Tehrana səfər edib.
Musavat.com bildirir ki, bunu erməni mediası yazıb.
Görüş İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Məcit Rəvançi ilə keçirildiyindən əsas mövzu regionda və dünyada baş verən son hadisələr olub. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında yer alan bu məqam marağa səbəb olub: “Bir-birinin xarici siyasət prioritetlərinə qarşılıqlı hörmət vurğulanıb”.
İstisna deyil ki, ermənilər Ermənistan-ABŞ sazişinin imzalanmasından sonra İran XİN-ə izahat vermək üçün Tehrana uçublar.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ