İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökumətindən Şurnuxu və Bazarçayı tərk etmiş ailələrlə bağlı qərar

Ermənistan hökuməti Azərbaycanın Şurnuxu və Bazarçay kəndlərində qanunsuz məskunlaşmış və 44 günlük müharibədən sonra bu əraziləri tərk etmək məcburiyyətində qalan ailələrə təzminat ödəyəcəyini elan edib. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə qərar cümə axşamı hökumətin iclasında qəbul olunub.

Bildirilir ki, 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra bu vətəndaşlar 300.000 dram (indiki məzənnə ilə 760 ABŞ dolları) birdəfəlik yardım alıblar. Həmçinin 2022-ci ilin noyabrına qədər onlara aylıq 68.000 dram (170 ABŞ dolları) verilib. Son qərarla aylıq yardımın müddəti daha 8 ay - 2022-ci ilin dekabrından 2023-cü ilin iyulunadək uzadılıb.

Zəngəzur vilayət administrasiyasının məlumatına görə, yardım alanların siyahısına 38 nəfər daxil edilib, onlardan biri oktyabrın 19-da doğulan uşaqdır. Bu ailələr onlar üçün yeni evlər tikilənə qədər yardım alacaqlar. Binanın tamamlanması bir neçə dəfə yubanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR