İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm”

Bunu Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Mizroyan Ermənistanın da 1980-ci illərdə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb.

“Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil”, – erməni nazir əlavə edib.

O, Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib.

Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib: “Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq”.

Ermənistan xarici işlər naziri vurğulayıb ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.

“Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm”, – Mirzoyan qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR