İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan haray-həşir salır: "Azərbaycana təzyiq göstərin"

Dünəndən bəri Xankəndi yolunun aktivist həmvətənlərimiz tərəfindən kəsilməsi ilə əlaqədar Ermənistanda gərginlik yaşanır.

Konkret.az xəbər verir ki, Ermənistanın hüquq müdafiəçisi Qarabağdakı vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

“Azərbaycanlı ekoloji fəallar Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə yolu bağlayıblar.

Qarabağı dünya ilə birləşdirən yeganə yolu bağlamaq məqsədi dözülməz humanitar böhran yaratmaqdır.

“120 min”dən çox dinc qoca, qadın, uşaq və kişi tələyə salınıb.

Mən bu “soyqırım” siyasəti aktının qeyd-şərtsiz pislənməsini və bu kobud insan hüquqları pozuntularının dayandırılması üçün beynəlxalq təşkilatlara Azərbaycana təzyiq göstərməyə çağırıram”, – deyə ombudsman şüvən qoparıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR