İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan hakimiyyəti bir-birini inkar edən iki vektor üzərində inadla işləyir”-Hovhannisyan

Hakimiyyətin məsuliyyətsiz siyasəti Ermənistanı Qərbin Rusiya Federasiyasına qarşı alətinə çevirib.

Musavat.com bildirir ki, bunu politoloq Vahe Hovhannisyan yerli mediaya bildirib. Ekspert qeyd edib ki, məhz buna görə də Aİ-nin monitorinq missiyasının artmasına sevinməyə ehtiyac yoxdur. Politoloq bildirib ki, reallıqda bu addım ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək. “Ümumiyyətlə, Aİ ilə yaxınlaşma yolunu tutmuş və sonra son dərəcə ağır nəticələrlə üzləşmiş bəzi ölkələrin acınacaqlı təcrübəsi var”-Hovhanisyan bildirib.

Xatırladıməb ki, rəsmi İrəvan bir tərəfdən “3+2” formatına razıdır, digər tərəfdən isə Avropa danışıqlar platformasında israrlıdır. “Ermənistan hakimiyyəti bir-birini inkar edən iki vektor üzərində inadla işləyir və bu, onların hərəkətlərinə ciddi yanaşmağı mümkünsüz edir”-ekspert ardınca bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR