Onlayn ictimai-siyasi qəzet
Delimitasiya ilə bağlı Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsi problemi yaranır.
Bu barədə “Armenpress” agentliyinə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, məsələ 2-3 aya həll oluna bilər. N-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa alternativ olan yol da təmir ediləcək.
“Mülkiyyət məsələlərinə gəlincə, onların həcmi böyük olmayacaq və dövlət bütün bu hallarda vətəndaşların dəymiş ziyanını onların tələbi ilə əmlak və ya maliyyə vasitəsilə ödəyəcək”, - Paşinyanın ofisi bildirib.
Bildirilir ki, hökumət nümayəndələri səhər saatlarında mümkün problemlərin inventarına və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.//Publika.az
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ