Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, digər hərbi-texniki vasitələrlə yanaşı, "KNDS" şirkəti Ukraynaya da göndərilən "Caesar" özüyeriyən haubitsalar istehsal edir.
Xatırladaq ki, bundan əvvəl Fransa Senatı Ermənistana tez bir zamanda Sezar təyyarələrinin verilməsi məsələsinə baxmağa çağırmışdı.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ